4-cü tur ilk 6-ğı müəyyənləşdirdi!?
Unibank Premyer liqasında 4-cü tura yekun vurulub.
Nəticələrlə tanış olun:
İnter – Neftçi 0-2
AZAL – Xəzər Lənkəran 0-1
Qəbələ – MOİK 0-0
Simurq – Turan 2-2
Muğan – Gəncə 1-1
Bakı-Qarabağ görüşü isə təxirə salınıb.
4-cü turun maraqlı 2 oyunudan sonra liderliyə 2 şərik qaldı. Flaqman ilk ciddi sınaqdan uğurla çıxaraq çempionluğa namizəd olduğnu nümayiş etdirdi.
Lənkəranlılar isə son dəqiqələrdə qələbəni əldə etdilər. Lakin oyun onu göstərdi ki, Rednikin komandasında qol vəziyyətlərini reallaşdırmaq baxımından problemi var.
İngiltərənini məşhur futbolçussu Toni Adamsı gətirməklə reklam edən Qəbələ isə hələ də özünə gələ bilmir. Son tur bir daha göstərdi ki, belə gedişlə Qəbələ ilk 6-dan kənarda qalacaq.
Qeyd edək ki, Ramiz Məmmədovun Qəbələsi indiki komandana daha əzmkar, daha istəkli və daha bacarıqlı idi. Ramizlə sağollaşmağın isə yəqin ki bir səbəbi vardi adlı-sanlı məşqçi gətirmək. Amma etiraf edək ki, Toni Adams məşqçiliyə hələ yeni yeni başlayır. Atalar demişkən: Dəlləkliyi bizim başımızda öyrənəcək” Ramiz Məmmədovun Amasdan fərqi yalnız ondadır ki, Məmmədov Azərbaycanda doğulub, Adams isə İngiltərədə. Vəssalam.
Nə isə. Son turda məndə belə bir qənaət yaratdı. İlk 6-da Qəbələ olmayacaq. Böyük ehtimalla bu AZAL olacaq.
Digərləri isə təbii ki, bunlardır: İnter, Xəzər, Neftçi, Bakı, Qarabağ.
P.S. Çempionatın yayım hüququnu kanallara verməklə düz qərar verən PFL-i alqışlasaq da amma telekanalların azarkeşlərlə məzələnməsi bu fikrimizdə yanıldığımızı göstərir. Turun mərkəzi oyununu İnter-Neftçi oyununu yayımlamayan kanallara nə deyim. Hələ AZTV-nin xəbərlərinə görə MUğan-Gəncə oyunun yarımçıq qoyması azarkeşlərin şərəfini ayaqlar altına almaqdır. Və bu ən böyük ŞƏRƏFSİZLİKDİR!
İdarə edə bilmirsinizsə biz deyək! Heç kimə lazım olmayan rus dilli xəbərlərinizə görə oyunu vaxtını dəyişin.
P.S.S. İdman Azərbaycan isə lap məzədir. Almaniya çempionatının Bayer-Borusiya M. oyununu yarımçıq saxlayıb Şəfa stadionuna bağlanmağa nə ad qoyasan. Onu qınamıram. Ən azı milli futbola baxdıq. Amma yenə də qeyri-peşəkarlıq.
BİZ FUTBOLU NORMAL YAYIMLAYA BİLMƏDİKCƏ BU ÖLKƏDƏ FUTBOL OLMAYACAQ!
Bitdi!!!
Bura qədər. Avrokubokların qrup mərhələsinə düşmək ümidlərimiz gerçəkləşmədi.
Bundan artığını da gözləmək olmazdı. Rəqib çox güclüydü. O qədər güclü ki, möcüzəni yalnız BATE, KARPATI, PAOK kimi klublar yarada bilərdi. Möcüzə bizlik deyil.
“Qarabağ2ı qınamıram və tənqid də etməyəcəm. Komanda bacardığını etdi. Bundan artığına gücümüz yetmir. Çempionatda rəqabət artmadıqca belə olacaq.
Amma “Qarabağ” həmişəki kimi bu dəfə də xeyli ilklərə imza atdı. Və belə görünür ki, yaxın illərdə onunu bu ilklər rekordunu dəyişən olmayacaq.
1. İlk dəfə bir turnirdə 8 oyun keçirdi;
2. İlk dəfə oyunların müsbət fərqi ilə yarışı bitirdik – 4 qələbə 2 heş-heçə 2 məğlubiyyət;
3. İlk dəfə müsbət top fərqi ilə yarışı biritdik – 12-9;
4. Avrokuboklarda ilk dəfə böyük beşlik ölkəsinin klubu ilə qarşılaşdıq;
5. İlk dəfə Polşa klubları ilə görüşdə mərhələ adladıq.
Təşəkkür, Qarabağ aslanları.
Siz bacardığınızı etdiniz. Bizlər isə BATE, Karpatı, Metallist kimi sizinlə yaş, hətta sizdə də balaca klubların qrup mərhələsindəki oyunlarına baxacağıq.
P.S. “Qarabağ” rəhbərliyinə müsaj: Anlayın. Bizə güclü rəqiblə qarşılaşmaq lazım deyil. Qrupa düşmək lazımdır. Qrupda isə dünya divi ilə də oynasaq olar. Ən azı 6 oyun olacaq. Ona görə də gələn ilə güclü rəqib arzulamayın. Yorğanınızı ayağınıza görə uzadın və qrupa düşmək yollarını BATE, Karpatı və elə Metallistdən öyrənin.
P.S.S. “Qarabağ”ın uduzmağəna sevindim. Ona görə ki, qrupa düşsəydik yenə də çempionatda təxirəsalmalar başlayacaqdı. Bax bu təxirəsalmalar da çempionatdakı intriqanı öldürür. Anlayın PFL rəhbərliyi. Dünyanın heç bir ölkəsində Avrokuboklara görə çempionat oyunları təxirə salınmır. Elə ona görə də komandalar təzyiqlərə dözür. Gələn il heç olmasa ağıllı düşünün və oyunların vaxtını ertələyin, təxirə salmayın.
Bu da “professor”
Bu ad Azərbaycan futbolunda özünəməxsus iz qoyub. Həm əxlaqı, həm davranışı, həm də ən əsası mükəmməl oyunu ilə.
Amma heyf ki, karyerasının sonunda “professor” ləqəbli futbolçu lap biabırçılığa imza atıb. Komandada heyətə düşə bilmədiyində onu doğma şəhəri “Gəncə”yə köməyə çağıran media qurumuna – “Komanda” qəzəetinə hücum edib redaksiyanın altını ütünə gətirmək, jurnalistə əl qaldırmaq onu ucaldığı zirvədən aşağı saldı.
Heyf səndən, Mahmud!
Karyeranın qürub çağında bu addımı atmaq sənə yaraşmazdı. Sən sadəcə təklifə normal yanaşmaqla öz alicənablığını göstərə bilərdin.
Sənin bu hərəkətinə yalnız bir söz demək olar:
AYIB OLSUN!
AYIB OLSUN!
AYIB OLSUN!!!
P.S. Atalar demişkən, deyəsən pulun çoxalıq, Mahmud? Qoçuluğa başlamısan ha!
Üç turdan sonra
Azərbaycan Premyer Liqasında 3-cü tur da arxada qaldı.
Nəticələrlə tanış olun:
Neftçi-Simurq 4-0
MOİK-Qarabağ 0-1
Gəncə-AZAL 1-1
Turan-Muğan 1-1
Xəzər Lənkəran – İnter 0-0
Bakı-Qəbələ 2-1
Beləliklə, ilk 3 turdan sonra turnur cədvəlində 4 hakimiyyətlilik yaranıb.
Neftçi, İnter, Xəzər və AZAL hərəyə 7 xalla turnir cədvəlinə başçılıq edirlər.
Əslində hələ heç bir komanda ciddi rəqiblərlə üz-üzə gəlmədiyindən real gücləri bardə danışmaq tezdir.
Sadəcə Xəzər və İnterin 3-cü turdakı görüşü prinsipiallıq daşıyırdı ki, burda da bakılıların sərfəli nəticə əldə etdiyini söyləmək olar.
O ki, qaldı flaqmana – Neftçi ilk turda əsas diqqəti Borusiya ilə görüşə yönəldən Ağdam klubu ilə 1-1-lik nəticə qazanması tam uğur hesab edilə bilməz. Qəbələdə ki qələbəni isə hələ heyəti komplektləşdirə bilməyən Toni Adamsın hesabına yazmaq lazımdır. Simurq üzərindəki qələbə isə qanunauyğunluqdur. Flaqmanın real gücü 4-cü turda İnterlə qarşılaşmada billinəcək. Elə İnterin də çempionatda nəyə qadir olduğunu həmin oyun göstərəcək. Lakin hər iki komandanın çempionata yüksək və uğurlu əhval ruhiyyədə başlamasını nəzərə alsaq 4-cü turdakı derbini maraqlı saymaq olacaq. Amma bu oyunu hansı telekanal işıqlandıracaq bax, bu doğrudan da bu çempionata kölgə salan məqamlardandır. Hələ də nə klublar nə də telekanallar bir-birinə güzəştə getmək firkirndə deyil.
Çempionatda fırtına kimi əsəcəyi gözlənilən Bakıda deyəsən Budoçnost şoku hələ aradan qalxmayıb. Eyni zamanda Şaferin oyun fəlsəfəsini də oyunçular tam mənimsəməyib. Qəbələ ilə görüşdə əldə edilən nəticə bu prosesin yavaş-yavaş aradan qaldığını göstərməkdədir. Amma hələ də Bakının mükəmməl oynadığını söyləmək olmaz. Dediyim kimi hələ formalaşma prosesini yaşayan Qəbələ üzərində qələbəni ciddiyə almamaq gərək.
Çempionatın ilk turlarda belə gərgin davam etməsi çempionatın maraqlı keçəcəyini düşünməyə əsas verir. Xüsusilə də nəinki ilk 6-da, eləcə də ikinci altılıqda da vəziyyətin necə olacağı belə gedişlə tam bilinməyəcək. İkinci altılıqda müəyyən mənada bilinən odur ki, elitada qalmaq uğrunda 3 komanda – MOİK, Simurq və Turan mübarizə aparacaq.
Bura qədərmiş…
Alman maşının tam işə düşmədən komandamıza 4 verdi. Bu 4 əslində həmin oyunun yox, buna qədərki oyunlara verilən qiymət idi.
Mən “Qarabağ”ı ittiham etməyəcəyəm. Bundan artığının da gözləmirdim. Komandamız bu rəqiblə düşən andan artıq bizim üçün Avropa həyəcanı bitmişdi. Sadəcə utopiklər, Makedonya, Şirmali İrlandiya, eləcə də son illər düşüşdə olan Polşa komandalı üzərindəki qələbələrdən eyforiyaya qapılanlar hər şeyin əla olacağına inanırdılar.
Futbolda möcüzə olmur. Futbolda bacarıqlılar qalib gəlir. “Qarabağ”da bacarığını etdi. Almanlar qarşısına 22 nəfər çıxarsaydıq belə bu mərhələ keçilməz idi. İnannırsınızsa şıxarın yoxlayın. Hələ unutmayın ki dortmundlular əsas heyət oyunçularında bir neçəsini oyuna buraxmamışdı.
“Qarabağ” niyə belə məğlub oldu?
Oyunu izləyənlər yəqin ilk dəqiqələrdə komandamızın az da olsa inamlı təsir bağışladığını gördülər. Lakin Avropa futboluna xas olan ənənənin – ilk 15 dəqiqədə qol vurmaq ənənəsinini baş verməsindən sonra anlaşıldı ki, bu inamlılıq sadəcə “sabun köpüyü” imiş. Komandamız oyunda qələbə qazanacağına psixoloji cəhətdən inanmırdı. Qurban Qurbanovun bütün psixoloji hazırlıq cəhdləri heç nəyi dəyişməmişdi.
Bəli, komandamızda bu rəqibə qarşı oyunda sadəcə Avropa təcrübəsi çatışmırdı.
Bax bu məqamda ağzıgöyçəklərin “Qarabağ”ın Avropa futbolunda imzası olmayan komandaları məğlub etdikdən sonra biz ən gcülülərlə qarşılaşmaq istəyitik arzuları onların hələ komandalarını yaxşı tanımaqdılarını göstərdi.
Öncəki yazılarımızda Avropanını ən zəif, heç ayağı top tutumayan Andorra, San Marino, Farer adalarının klubları ilə davamlı oynamağı Liverpul, Yuventus, Borusiya kimi klublarla qarşılaşmaqdan üstün tuturam fikrini məhz buna görə deyirdim – Avropada çox oyun oynamaq və təcrübə qazanmaq.
Amma sizlər isə sadece reklam olunmaq istədiniz. Futbolçularımız isə bu reklamı da edə bilmədilər. Bu oyunda komandamızda istək belə yox idi. Ən azı özlərin göstərmək üçün dəridən qabıqdan çıxmaq lazım idi.
Nə isə. Bura qədərki uğurlarına görə komandamıza təşəkkür etmək düşür. “Qarabağın Azərbaycan futbolunun reytinqi üçün etdiklərinin üzərinə kölgə salmaq istəmirəm. Təşəkkür, “Qarabağ” aslanları! Siz bacardığınızı etdiniz. Hamı anlasın ki, bu gün Azərbaycan futbolu bundan artığını etməyə hələ ki, qadir deyil. Ona görə də həmişə güclü yox, zəif rəqib arzulayin ki, təcrübə toplayasınız.
İndi bizcə şey qalır! Bakıda reytinq xalı üçün oynamaq. Məncə bunu bacararıq. Almanlar istəklərinə çatıblar. Ona görə də oyuna o qədər də ciidi yanaşmayacaqlar. Biz də ən azı 1-0 qələbə ilə reytinqimizə yeni, bu il üçün sonuncu xalı yazmaq üçün oynayaq.
P.S. Əslində Berti Foqs vasitəsilə almanlara ən yaxşı bacardığımız işi – danışığa gedəcəyimizi düşünürdüm . Amma deyəsən “Qarabağ”ın qələbələri hamını eyforiyaya qapdırıb. Yoxsa, oyunda 2-0 da bəs idi. Amma yaxşı ki 3 qol ofsayddan vuruldu və sayılmadı. Yoxsa 7-0 lap biabırçılıq olardı
P.S.S. Fəxr olunmalı bir məqam daha var. 4-0 bu mərhələ üçün böyük hesab deyil. Bizdən böyük hesabla uduzanlar da var. Belarus “Dnepr”i İspaniya “Vilyareal”ına 5-0 məğlub olub.
P.S.S.S. Amma Belarus BATE-si Portuqaliya “Maritimo”sunu 3-0 məğlub edib. Bax buna görə dilxor olmağa dəyər. Bizkm onlardan nəyimiz əksikdir ki? Belarusda futbola buraxılan sərmayə bizmkilərin yanında qəpk-quruşdur. Deməli, futbolda pul hər şeyi həll etmir. “Baş” da lazımdır. Bunu anlayın, futbol funksionerləri!!!
Avropada oynamağa qadir futbolçumuz yoxdur!!!
Vaqif Cavadov mifi də bitdi. Avropanını ikinci beşlik ölkələrindən olan Hollandiya erodiviziyasında oyun keçirməyərək “Tvente”dən ayrılan Vaqif Cavadov bir daha öz timsalında ölkə xaricində oynamağa qadir, bacarıqlı futbolçularımızın olmadığını göstərdi.
Başqa cür də fikirləşməyin. Bacarığı olsaydı komanda da qalardı. Heç kim ona mane olmurdu. Bir ətək pul verib alınan legioneri ele-bele yola salmazdılar. Heç də təsadüfi deyil. “Deportivo” ilə yoldaşlıq görüşündə real qol şansını qaçıran, penaltini vura bilməyən hücumçu kimə lazımdır axı.
Deyə bilərsiniz kii, bu futboldur, belə şeylər olur. Mən də deyirəm: Niyə belə şeylər məhz bizimkilərin başına gəlir?
Niyə Torres, Cerard və başqaları ələ düşən imkanlardan 80-90 faiz yararlanır, bizimkilər 10 faiz? Deməli ustalığımız çatmır. Vəssalam.
Sabah “Qarabağ” da bu bacarıqsızlığın qurbanı olacaq. Məni inamsızlıqda və ya vətənə məhəbbətsizlikdə ittiham etməyin. Reallıq belə deyir- “Borusiya” bizim istənilən klubu bir ayaqla keçəcək. Vəssalam.
Keçməyəcəksə, buyurun göstərin.
Onların sərt futboluna, bacarıqlı, usta futbolçularına çatacaq Vaqif Cavadov idisə, onu da Avropanını ikinci ölkəsində bəyənmədilər. Belə, o Avropanını birinci ölkəsinə qarşı nə edə bilər ki?
P.S. Berti Foqts millimizin başında olmasaydı deyərdim ki, “Borusiya” klubumuza divan tutacaq. Amma bu amili düşünüb 2-3 topla kifayətlənəcəyini hesab edirəm. Amma onu da bilmək olmaz. Bəzən almanlar yalnız özləri üçün oynayırlar axı. Birdən bu damarları tutusa, onda vay halımıza.
Əfranı kim futbolsuz qoydu?
“Qarabağ” ciddi sınaq qarşısında əsas qol silahının itirib. Avroliqanın da bombardiri olan (5 top) Əfran İsmayılov çempionatın ilk turunda Bakının “Neftçi” komandası ilə görüşdə rəqib futbolçunun özünü idarə edə bilməyərək Əfranın ayağını tapdalamasından sonra müəyyən edilib ki, hücümçunun sağ ayağının xaçabənzər bağları qırılıb. Bu isə Əfranın ən azı 6 ay futbolsuz qalması deməkdir. Hələ əməliyyat da aparılmalıdır.
Dortmudlularla oyundan öncə əsas qol ümidinin sıradan çıxması baş məşqçini düşündürməyə biləmz. Düzdür, mənim fikrimcə almanlarla oyunda Əfranın olub olmaması bir şey həll etmirdi. Çünki, bu rəqibi keçmək mümkün düyil bizlər üçün. Amma ən azından qol vurub oyuynu maraqlı etmək olardı.
Çempionatın ilk turunda əsas heyət oyunçularından -Rəşaq Sadıqova, Rauf Əliyevə və Georgi Adamiyaya dincəlmək şansı verən Qurbanov ən azından Əfranı da qorumağı düşünməliydi. Amma təəssüf. Baş məşqçi “Borusiya” ilə oyundan öncə çempionadakı əsas rəqibi ilə oyunu qurban verməyə risq etməsə də, 1-1 hesabı da istəklərin gerçəkləşmədiyini göstərdi.
O ki, qaldı rəqib oyunçunu Əfranı bilərək və ya bilməyərək zədələməsinə bunu araşdırmaq mümkün deyil və bu futboldu. Top Əfranda olanda Avroliqa oyununu nəzərə alıb onun üstünə getməmək də məntiqli deyildi axı.
Bax belə, mərhələ adlamamaq yolunda daha bir mane yarandı “Qarabağ” üçün. Nəticə nə olcaq, bunu avqustun 25-də axşam, bəlkə də elə avqustun 19-dan 20-nə keçən gecə bildik.
Birinci tur nəyi göstərdi?
Futbol üzrə 19-cu milli çempionatın ilk turu arxada qaldı. Turun son günündə keçirilən derbidə – “Neftçi”-”Qarabağ” qarşılaşmasında gözlənilən hesab qeydə alındı – 1:1.
Əslində Bakı klubundan fərqli olaraq artıq oyun təcrübəsinə malik Ağdam kollektivi üçün bu görşdə qələbə qazanmaq lazım idi. Oyunun gedışatı da göstərirdi ki, flaqmanda hələ xətlərarası əlaqə istənilən səviyyədə deyil. Lakin Ağdam klubununu əsas heyət oyunçularına istirahət verməsi, ilk hissədə əsas qol ümidi Əfran İsmayılovun zədələnərək meydanı tərk etməsi, eyni zamanda futbolçuların “Borusiya” ilə oyun öncəsi zədələrdən qorunmağa çalışması görüşün heç0heçə yekunlaşmasına səbəb oldu.
Beləliklə, ilk turun nəticələri:
“Gəncə” – “Simurq” 1-1
“Bakı” – “AZAL” 2-3
“Xəzər Lənkəran” – “Qəbələ” 1-0
“Turan” – “İnter” 0-3
MOİK – “Muğan” 3-2
“Neftçi” – “Qarabağ” 1-1
Birinci tur çempionatın gedişatının necə olacağını tam göstərməsə də müəyyən fikirlər formalaşdırdı. Artıq bəllidir ki, çempionluq uğrunda ilk altılığa 7 əsas namizəd var: Bakı, Neftçi, Qarabağ, Qəbələ, Xəzər Lənkəran, İnter, AZAL.
Bu 7 klubdan biri 6-dan kənar qalacaq. Bunun kim olacağını gələn turlar göstərəcək. Ancaq oyunçu potensialı və digər keyfiyytələr baxımından AZAL-ın bu qurpdan kənar qalacağını söyləmək olar. Ancaq bu komandadan çempionatda sürpriz gözləmək də olar.
Digər 5 komanda – Muğan, Gəncə, Simurq, MOİK və Turan isə heç şübhəsiz ki, güclülər dəstəsində qalma mücadiləsi verəcək.
Uzun illər sonra güclülər dəstəsinə qayıdan “Gəncə”nin öz yerini qoruyacasğını söyləmək olar. Ən azı komanda daim bu cəhətdən zəmkarlığı ilə seçilir.
Salyan kollektivinin ilk turda məğlub olmasına baxmayaraq birinci dəstəyə yuvarlanmayacağını söyləmək olar. Oyunçu potensialı və maddi imkan baxımından komanda yerdə qalanlardan fərqlənir.
“Simurq”un gənclərdən qurulmasına baxmayaraq Hacievskinin bu komanda ilə güclülər dəstəsində yerini qoruyacağını söyləmək olar.
Yerdə qalan iki komanda – “Turan” və MOİK güclülər dəstəsini tərk etməyə ən real namizəddir. Bu komandalar yaxın vaxtlarda heyətlərinin geüücləndirilməsi istiqamətində müəyyən işlər aparmasalar yəqin ki, bu dəstədə yerlərinin qorumaq çox çətin olacaq.
Qeyd edək ki, Tovuz kollektivi milli çempionatların hamısında iştirak edən 3 komandadan biridir. Bu üzdən komandanın güclülər dəstəsini tərk etməsi tarixilik baxımından üzücü olacaqdır. Bu amili nəzər alan komanda rəhbərliyi heyətə əl gəzdirə bilsə - təbii ki, bunun üçün maddi imkan əsas şərtdir – onda MOİK-ə kimsə yoldaş olacaq.
Çempionatın ilk sürprizi Şeferdən gəldi
Başlıq sizi çaşdırmasın. “Bakı”nın ilk turda “Azal”a məğlub olması Vinfred Şeferin qapıda gənc Aqil Məmmədova güvənməsinin nəticəsi idi. Deyə bilərsiniz ki, burda qəribə nə var ki? Şefer yeni gənc istedada şans verib. Əslində bu hələ Şeferin komanda üzvlərinin yaxından tanımaması və onların potensialına bələd olmamasının nəticəsidir. Oyun təcrübəsi olmayan birinin çempionatın ilk turunda qapıya qoyulması və nəticədə məhz onun 3 səhvi ilə komandanın məğlubiyyətə düçar olması başa düşülən deyil. Gənclər nə vaxt oynasın onda? – deyirsinizsə belə gənclərin oyun təcrübəsi qazanması üçün nəticənini əhəmiyyət daşımadığı oyunlar olur. Daha çempionatın ilk turunda, özü də bu ilki çempionatın sürpriz komandası ola biləcək “Azal”a qarşı yox. Yəqin ki, Şefer “Budoçnost”la youndakı səhvinə görə Sissokonu ehtiyata göndərib ki, “yerini rahatlama, rəqibin var” mesajını ona çatdırsın. Bu belədirsə, yenə də düzgün hesab edilməyəcək bir addımdır. Nə isə… “Bakı”nın məğlubiyyəətinin digər səbəbi də hələ komandada ruhun formalaşmamasıdır. “Budoçnost”la oyunlar da göstərdi ki, “Bakı”da əzm, istək azdır. Təsəvvür edin, 2-3-dən sonra qol vurmaq üçün sadəcə əzmkarlığı və istəyi artırmaq yetərli idi ki, təcrübə və oyunçu potensialı baxımından “Azal”ı üstələyən komanda 3-cü, hətta 4-cü topu da vursun. Amma “Bakı”nın oyunu göstərdi ki, rəqibləri üçün bu komandanı yenmək elə də asan olmayacaq. O ki, qaldı “Azal”a, bir qələbəyə görə gəlin komandanı yüksəklərə qaldırmayaq. Düzdür, Nazim Süleymanov və Novruz Əzimov dueti bu komandanı çempionatın sürprizi edə bilər. Əgər komanda bu istəklə və əzmlə digər oyunlarda da oynaya, ələ düşən imkanlardan istifadə edə bilsə, hansısa iddialı komandanı 6-dan kənarda qoya bilər. Bu gün keçirilən ilk turun digər görüşlərində isə əslində ilk tur üçün gözlənilən nəticələr qeydə alındı. Uzun fasilədən sonra yenidən elitaya qayıdan “Gəncə” öz meydanında gənclərdən qurulan Zaqatala “Simurq”u ilə heç-heçə etdi-1:1. “Olimpiya” fiaskosundan sonra yeniləşmək qərarına gələn Lənkəran “Xəzər”i isə “Qəbələ” ilə oyunda hələ onu siyahıdan silənlərə mesaj verdi-1:0
Borusiya Dortmund bizə rəqib oldu

“Qarabağ”ın rəqibi bəlli oldu. Qrup mərhələsinə düşmək üçün komandamız Almaniyanın Dortmund şəhərinin “Borusiya” klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 19-da Almaniyada, təkrar görüş isə avqustun 26-da Bakıda olacaq.
Qrupa düşmək üçün bu rəqib keçilməlidir. Amma…. İstəyirsiniz məni pessimist qəbul edin, istəyirsiniz ümidsiz və inamsız. Bu rəqib keçiləsi deyil. Niyə?
1. Avropa təcrübəsi
2. Oyunçuların fərdi potensialı
3. Sürət futbolu oynaya bilməsi
4. Qol vəziyyətlərindən maksimum yararlana bilmə
Bizdə isə nə çatışmır?
1. Avropa təcrübəsi
2.Psixoloji inam və hazırlıq
3. Futbolçularımızın fərdi potensialı
4. Qol vəziyyətlərindən istifadə azlığı
Bu müqayisələr nəzəri xarakter daşıyır və kağız üzərində “Qarabağ”ın heç şansı yoxdur. Amma futbolda hər şey ola bilər. Sən bunu bizə yaşat “Qarabağ”!
P.S. Amma çox az qalmışdı. Çox az. “Levski” ilə qarşılaşa bilərdik. Son anda Levski və Borusiya qalanda torbada az da olsa sevindim ki, nə olar bolqarlar bizə rəqib olsun. Axı onlarla tanışıq və onlarla elə də ciidi fərqimiz yoxdur. Bu rəqibi yeib qrupa düşmək olardı.
P.S.S. Bizə qrup lazim idi. Belarusun, Ukraynanın, Moldovanın koamndaları qrupda olanda mən onlara kənəardan baxmağı qəbul edə bilmirəm.
